DÜNYA


Sakit okeanda avtomobil daşıyan gəmidə yanğın baş verib

Tokio, 1 yanvar, AZƏRTAC 

Yaponiyadan Havay adalarına doğru hərəkət edən avtomobil daşıyan gəmidə yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Hawaii News Now” portalı ABŞ sahil mühafizəsinə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Panama bayrağı altında üzən “Sincerity Ace” gəmisi Oahu adasından iki min mil (təqribən 3,5 min kilometrdən çox) məsafədə yerləşir.

Gəminin heyəti 21 dənizçidən ibarətdir. Onlardan bir qisminin ehtiyat bərəyə keçdiyi, digərlərinin yanğınla mübarizə apardığı qeyd edilir.

ABŞ sahil mühafizəsinin HC-130 Hercules təyyarəsi və yaxınlıqdakı kommersiya gəmiləri kömək üçün göndərilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.