CƏMİYYƏT


Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

Bakı, 27 iyul, AZƏRTAC

Salyan rayonunun Arbatan kənd sakini A.Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə şəhər sakini Mübariz Hüseynovun idarə etdiyi moped toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə M.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.