CƏMİYYƏT


Salyan rayonunun məktəbliləri arasında “Xocalı harayı” adlı şeir müsabiqəsi keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Salyan Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Xocalı harayı” adlı onlayn şeir müsabiqəsi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqənin məqsədi faciə qurbanlarının xatirəsinin yad olunması, bu qanlı qırğın haqqında məktəblilərin məlumatlandırılması, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması olub.

Böyük maraqla qarşılanan müsabiqənin qalibləri və fərqlənən iştirakçıları Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.