REGİONLAR
Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb
Salyan, 8 yanvar, Mahir Babayev, AZƏRTAC
Yanvarın 8-də axşam saatlarında Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Magistralda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün naməlum səbəbdən idarəetməni itirməsi nəticəsində maşın maneəyə çırpılıb. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:28]
Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]