REGİONLAR
Salyanda çiyid səpini başa çatıb
Salyan, 21 may, Mahir Babayev, AZƏRTAC
Salyanda 5 min hektardan çox sahədə pambıq əkini kampaniyası başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə rayonda 5 min 10 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 5 min 10 hektar sahədə səpin keçiriblər ki, bu da ötən ildəkindən 222 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış 4328 hektarında yaxşı bitiş alınıb. Səpin aparılmış sahənin 2 min 150 hektarı “P-Aqro” MMC-yə, 700 hektarı “Azərpambıq” MMC-yə, 2 min 160 hektarı isə “MKT” MMC-yə məxsusdur.
Qeyd edək ki, ötən il salyanlı pambıqçılar 4 min 788 hektar pambıq sahəsindən 15 min 928 ton məhsul toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]