REGİONLAR


Salyandakı Dövlət Sort-Sınaq Məntəqəsində 38 növ taxıl sortu becərilir

Salyan, 24 may, Mahir Babayev, AZƏRTAC

Salyanda yaradılan Dövlət Sort-Sınaq Məntəqəsində bu il 11 hektar sahədə sınaq üçün 38 növ yüksək reproduksiyalı taxıl növü becərilir ki, bunun da 6 hektarı arpa, 5 hektarı buğdadır.

Məntəqənin müdiri Balaeyvaz Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, becərilən 6 növ arpa və 32 növ buğda sortu (10 növ bərk, 22 növ isə yumşaq) 3 il sınaqdan keçiriləcək. Sonra ən çox məhsul verən sortlar dövlət resyterinə salınacaq və onun toxumçuluğu təşkil olunacaq.

Hər il olduğu kimi, bu il də əkin sahələrinə nümunəvi qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Gələn ayın əvvəllərindən məhsul yığımına başlanılacaq.

Qeyd edək ki, ötən il Sort-Sınaq Məntəqəsində yetişdirilən arpa sortlarının hər hektarından 33,2, buğda sortlarından isə 35,3 sentner məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.