ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanası “açıq qapı” günü elan edir

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Ay tutulması hadisəsini müşahidə etmək məqsədilə “açıq qapı” günü elan edir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər bu gün uzun illərdən bəri dünya astrofizika elminə sanballı töhfələr verən, böyük elm ocağı olan Şamaxı Astrofizika Rəsədxanası ilə tanış ola və teleskop vasitəsilə səma cisimlərini ödənişsiz müşahidə edə biləcəklər.

Qeyd edək ki, iyulun 27-dən 28-nə keçən gecə bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək. Bir saat 43 dəqiqə davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.