ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Bakı, 26 noyabr, AZƏRTAC

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.

Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin böyük elmi işçisi astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm “İfrat nəhəng HD40589(A0lab) ulduzunun fundamental parametrləri” mövzusunda məruzə ilə çıxış edib. Tədqiq edilən ulduzun atmosferində dəmir elementinin miqdarı təyin olunub, Günəşdə olan miqdarla müqayisə edilib. Aşkar olunub ki, dəmir elementinin miqdarı Günəşdə olan miqdara daha yaxındır, bu isə onu göstərir ki, tədqiq edilmiş ulduz və Günəş eyni metallıqlı maddədən yaranıb.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.