ELM VƏ TƏHSİL


Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Beynəlxalq Astronomiya İttifaqına üzv seçilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) planetlər və kiçik səma cisimləri şöbəsinin böyük elmi işçisi Rüstəm Quliyev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Beynəlxalq Astronomiya İttifaqının (BAİ) Baş Assambleyasında bu mötəbər quruma üzv seçilib.

ŞAR-dan AZƏRTAC-a bildiriblər ki, R.Quliyev, eyni zamanda, BAİ-nin DİVİSİON A (Fundamental astronomiya) və DİVİSİON F (Planetar sistemlər və astrobiologiya) komissiyalarına daxil edilib.

(mənbə: https://www.iau.org/administration/membership/individual/18060)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.