CƏMİYYƏT


Şamaxı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib

Bakı, 20 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, yanvarın 19-da Vəkillər Kollegiyasının təşəbbüsü ilə, Bakı şəhəri 1 saylı Vəkil Bürosu tərəfindən Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.

Mərkəzdə vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 30-a yaxın vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Görüşdə Vəkillər Kollegiyası sədrinin müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin aparat rəhbərinin müavini Anar Əsədov da iştirak edib.

Vəkillər Kollegiyası tərəfindən gələcəkdə belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.