ELM VƏ TƏHSİL


Şamaxıda "Asteroid Günü" birinci kosmologiya yay düşərgəsi təşkil olunub

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Asteroid Günü" birinci kosmologiya yay düşərgəsi təşkil edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, düşərgənin təşkili rəsədxanada nəzəri astrofizika, kosmologiya və astronomiyaya dair aparılan tədqiqatlarla tanış olmaq, kosmik elmi bilikləri təbliğ etmək məqsədi daşıyıb.

Həvəskar Astronomlar Qrupunun təşkil etdiyi kosmologiya və astronomiyaya aid ölkəmizdə ən böyük düşərgədə rəsədxananın şöbə müdiri, dosent Ədalət Ətayi Azərbaycanda astronomiya elminin müasir vəziyyəti və perspektiv inkişaf istiqamətlərinə dair elmi-populyar məruzə ilə çıxış edib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.