REGİONLAR
Şamaxıda əmək yarmarkası keçirilib
Şamaxı, 19 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialı tərəfindən mayın 19-da Şamaxıda əmək yarmarkası keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mədəniyyət mərkəzində təşkil olunan əmək yarmarkasında işaxtaranlara Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fəaliyyət göstərən, ümumilikdə 25 idarə, müəssisə və təşkilatlardan 250-dən çox vakant iş yeri təklif olunub. Tədbirdə 400-dən çox işaxtaran qeydiyyata götürülüb. Müvafiq sənədləşmə aparıldıqdan sonra 200-dən çox vətəndaşa ixtisas və peşələrinə uyğun vakant yerlərə göndəriş veriləcək.