REGİONLAR


Şamaxıda indiyədək 7831 nəfər tibbi müayinədən yararlanıb

Şamaxı, 14 mart, AZƏRTAC

Şamaxı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir və artıq 7831 nəfər bu humanist aksiyadan yararlanıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 105 min 154 nəfər əhalisi olan Şamaxıda 72 min 764 nəfər tibbi müayinədən keçməlidir. Müayinə edilənlərin 1582 nəfəri ambulator, 104 nəfəri stasionar müalicəyə cəlb olunub, 82 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 156 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Qeyd edək ki, əhalinin tibbi müayinəsi mərkəzi xəstəxanada, poliklinikada, Sabir, Mədrəsə, Şəhriyar qəsəbə, Göylər, Çarhan, Çuxuryurd kənd xəstəxanalarında, habelə Şamaxı Diaqnostika Mərkəzində aparılır. Üç səyyar həkim briqadası yerlərdə tibbi müayinəyə gələ bilməyən ahıl insanlara evlərində xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.