CƏMİYYƏT


Şamaxıda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib

Bakı, 19 iyul, AZƏRTAC

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinə riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan yoxlamalar zamanı “Turist” və “Çinar” restoranlarında qaydaların pozulduğu, yəni, məlumatların portalda qeydiyyatdan keçirilməməsi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. “Turist” və “Çinar” restoranlarının sahibləri Vüqar Allahverdiyev və Ömər Yusifov barələrində protokol tərtib olunub. Onların hər biri dörd min məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.