REGİONLAR


Şamaxıda yazlıq kartof əkininə başlanıb

Şamaxı, 8 aprel, AZƏRTAC

Şamaxı rayonunda yazlıq kartof əkininə başlanıb. Qısa vaxtda 40 hektarda əkin aparılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kartofçuluq rayonda ənənəvi təsərrüfat sahəsidir. Ən çox əkin şimal dağlıq ərazilərdə, əsasən Qızmeydan, Qaleybuğurd, Məlhəm və bir sıra digər yaşayış məntəqələrinin torpaq mülkiyyətçiləri tərəfindən aparılır.

Qeyd edək ki, kartofa ilboyu bazarlarda yüksək tələbat var və buna görə də bu sahəyə maraq getdikcə artır. Ötən il 323 hektar sahədə kartof yetişdirilib və 2194 ton məhsul götürülüb. Cari mövsümdə əkin sahələrinin 350 hektara çatacağı proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.