Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq VİDEO

Şamaxı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına aparılan tikinti və təmir işləri barədə məlumat verdi.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.

Dövlətimizin başçısı çay süfrəsi arxasında Fərdar Həsənov və anası Xuraman Həsənova ilə söhbət etdi.

Xuraman Həsənova: Xoş gəlmisiniz. Allah ən arzuladığım günü mənə qismət edib.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizi təbrik edirəm. Yeni mənzilə köçmüsünüz.

Xuraman Həsənova: Sənə qurban olum, gözəl insan, gözəl ailə başçısı. Azərbaycanımızın fəxrisən. Bayrağımızı ucaldan, ölkəmizi hər cür təmin edən canına mən özüm qurban. Çox sağ olun. Allah Sizdən razı olsun. Mənim bir əhdim olub. Heç vaxt özümə heç nə arzu etməmişəm. Ancaq həyatda uşaqlar üçün arzulamışam. Bu evlər belə olanda ancaq bir arzum olub, demişəm ki, ya Rəbbim, əgər mənə belə bir şey qismət olsa Prezidentlə görüşüm olsun. Bugünkü gün Allah mənə onu qismət edib. Çox sağ olun. Allah Sizdən razı olsun. Sizə dəstək verənlərdən də Allah razı olsun, əziyyət çəkənlərdən də. Belə bir günü bizə qismət etmisiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən bu il üçüncü dəfədir ki, Şamaxıdayam. Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu. İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır.

Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur. Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə belə deyil. Orada əgər zəlzələ, daşqın baş verirsə, evlər uçursa vətəndaş getməlidir sığorta şirkətinə, əgər evi sığortalayıbsa. Onda sığorta şirkəti baxır, ölçüb-biçir, vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır. Bəzilərinin məsələsi heç həll olunmur. Amma bizdə belə deyil. Əvvəlki dövrdə də zəlzələ baş verən zaman eyni yanaşma olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini, gücünü göstərir. Bir də onu göstərir ki, vətəndaşların problemləri diqqət mərkəzindədir. Bu ev yəqin ki, əvvəlki evdən də fərqlənir.

Xuraman Həsənova: Bəli, əlbəttə, çox fərqlənir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Siz hansı şəraitdə yaşayırdınız.

Fərdar Həsənov: Acınacaqlı vəziyyətdə. Allah köməyiniz olsun.

Xuraman Həsənova: Allah Ulu Öndərimizə rəhmət eləsin, bizə Sizin kimi Prezident bəxş edib. Allah Zərifə xanıma da rəhmət eləsin. Mehriban xanımı təbrik edirəm, Rusiya Prezidenti Putinin ona verdiyi ordenə görə. O da gözəl insan, gözəl xanımdır, hamının qeydinə qalır. Bizim Prezidentimizdən heç bir yerdə yoxdur, bir dənədir, xanımı da, özü də. Allah övladlarının canını sağ eləsin, o bir oğlunu gözünə çıraq eləsin.

Mənim atam əsl şamaxılı olub, Rəcəb kişi. O, bizə zəlzələlərdən danışardı. O vaxt heç insanlar bir-birinə kömək də etmirdilər. Şamaxı dümdüz yer olub. Zəlzələlərdən sonra bu cür olub. Allaha şükür ki, Siz bu insanlara yardım edirsiniz, belə şərait yaradırsınız. Çox sağ olun, Allah Sizdən razı olsun. Ömrünüz uzun olsun, Sizə qurban olum. Mən bu sözləri bu evə görə demirəm. Siz gözəl insansınız. Belə Prezident heç bir yerdə yoxdur.

Prezident İlham Əliyev: Çox sağ olun. Şamaxı seysmik zonada yerləşir, ona görə burada zəlzələlər tez-tez baş verir, özü də dağıntılar törətmiş zəlzələlər. İnsanlar da həlak olmuşlar. Bu dəfə xoşbəxtlikdən heç bir bədbəxt hadisə baş verməmişdir, hər kəs sağ-salamatdır. Amma siz də qeyd etdiyiniz kimi, əvvəlki dövrlərdə bütün binalar uçub-dağılmışdı, təkcə məscid qalmışdı. Məscidi elə tikmişdilər ki, həm zəlzələ, həm erməni vandallığı heç bir təsir edə bilmədi. İndi mən dəfələrlə bütün mötəbər tədbirlərdə bu məscidin adını çəkirəm.

Xuraman Həsənova: Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin, məscidləri insanlara qaytardı. Mənim rəhmətlik atam o məscidə görə Moskvaya kimi yazdı, şəkilləri çəkdi göndərdi ki, bu məscidi insanlara qaytarsınlar. Sonradan bu işlər görüldü, o görmədi, yaşlı adam idi, rəhmətə getdi. Allah ölənlərinizə rəhmət eləsin. Hər bir şey gözəldir.

Prezident İlham Əliyev: Biz onu yenidən qurduq. Bu gün bu, Azərbaycanın və müsəlman aləminin ən qədim məscidlərindən biridir. Mən şəxsən onun təmiri ilə məşğul oldum. Mehriban xanım da böyük əziyyət çəkmişdir. Xaricdən də qonaqlar dəvət olundu, onu böyük təntənə ilə açdıq. Şamaxıda zəlzələ tez-tez baş verir. Bu dəfə də bir çox, yəni, yüzlərlə, evə ziyan dəymişdir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, Şamaxı rayonu üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət hündürmərtəbəli üç bina tikilmişdir. Bundan başqa, çoxlu bərpa işləri də görülmüşdür. Təkcə Şamaxı rayonu üzrə 1175 evdə bərpa işləri aparılmışdır. Demək olar ki, yenidən tikilmiş evlərə bərabərdir.

Prezident İlham Əliyev: Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib. Mənim bir neçə sərəncamım olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda bəzi yollar keçilməz olur. Ona görə kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. İstəyirəm biləsiniz ki, təxminən 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq həll olunur.

Xuraman Həsənova: Bizdə su ilə bağlı çox narahatlıq olub, indi Allaha şükür ki, hər evdə su axır.

Prezident İlham Əliyev: Amma daha yaxşı olacaq.

Xuraman Həsənova: Qazımız, işığımız, hər bir şeyimiz var. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Şəhərdaxili yollara yenidən asfalt salınacaq. Şamaxı qədim tarixi yerdir. Qədim xəritələrdə Şamaxının adı var. Adı əsrlərboyu xəritələrdə öz əksini tapan şəhərlər o qədər də çox deyil. Şamaxı o şəhərlərdəndir, tarixi şəhərdir, Şirvanın mərkəzidir. Elə zəlzələdən sonra Şirvanşahlar buradan Bakıya köçüblər, Bakıda saray tikiblər. Amma onların yeri buradır. Nəsiminin vətəni buradır. Biz bunu, əlbəttə ki, qiymətləndirməliyik.

Xuraman Həsənova: Allah köməyiniz olsun. Deyir cənnət görmək istəyən Azərbaycana gəlsin. Yaxşı olacaq, inşallah. Turistlər gəlirlər, ölkəmizi bəyənirlər, hər şeydən razı gedirlər. Yeni məktəbləri, bağçaları, yolları görəndə adamın ürəyi açılır.

Prezident İlham Əliyev: Mən televizorda gördüm ki, uşaqlar narahatdırlar, deyirlər ki, bu məktəb başımıza uçur. Dərhal göstəriş verdim, komissiya göndərdim, Baş Naziri, sonra Prezident Administrasiyasının digər vəzifəli şəxslərini göndərdim, dedim gedin baxın nədir. Gəldilər, sonra qayıtdılar mənə dedilər ki, bərpa ediləsi deyil, sökək. Sökdük, indi yenidən tikilir.

Xuraman Həsənova: Allah razı olsun, Sizin sayənizdə.

Prezident İlham Əliyev: Şamaxıya yeni icra başçısı təyin etmişəm, eşitmişəm ki, vətəndaşlar onu yaxşı qəbul edir, çox fəal işləyir. Biz gərək gənc kadrlara üstünlük verək. Bu gün “ASAN xidmət”in açılışında idim. İndi gedib baxarsınız, elə bil saraydır. Orada bütün xidmətlər avtomatik olacaq, daha o arayış sənin, bu arayış mənim yox. Gəldin, nömrəni götürdün, səni heç kim incitməyəcək. Bütün uşaqlar da gülərüzdür.

Xuraman Həsənova: Allah köməyiniz olsun. Allah Mehriban xanımdan da razı olsun.

Prezident İlham Əliyev: Sağ olun. Sizi bir daha təbrik edirəm. Burada xoşbəxt yaşayın.

Xuraman Həsənova: Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq VİDEO

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb