CƏMİYYƏT
Samsun sahillərində batan gəminin itkin düşən heyət üzvlərinin axtarışına helikopterlər cəlb olunub
Ankara, 8 yanvar, AZƏRTAC
Türkiyənin Samsun şəhəri sahillərində batan “Volgabalt 214” gəmisinin itkin düşən heyət üzvlərinin axtarışına helikopterlər cəlb olunub.
Yanvarın 8-də Türkiyə vaxtı ilə saat 8.30-dan başlayaraq helikopterlər və gəmilər əlaqəli şəkildə axtarış-xilasetmə işlərini davam etdirməyə başlayıblar. Heyət üzvlərindən 4-nün taleyi məlum deyil. Onlardan biri də Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğludur.
Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev AZƏRTAC-a bildirib ki, hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]