DÜNYA


“Samsung” daxili alkotesterə malik ilk smartfon hazırlayır

Bakı, 16 avqust, AZƏRTAC

Koreya Respublikasının “Samsung” şirkəti dünyada daxili alkotesterə malik ilk smartfon təqdim edəcək.

AZƏRTAC “news.rambler.ru” saytına istinadən bildirir ki, ekspertlərin məlumatına görə, ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi artıq “Samsung”un alkotester texnologiyasını patentləyib.

Müəlliflər tərəfindən “qaz datçiki” kimi təsvir edilən modul istifadəçinin nəfəsini təhlil edərək onun sərxoşluq səviyyəsini ölçmək qabiliyyətinə malikdir. Şirkətin mühəndisləri alkotesteri stilusun daxilinə yerləşdirməyi təklif edirlər ki, bu da smartfonun korpusunda yerə qənaət etməyə imkan verəcək. Patent sənədlərinə əsasən, yeni texnologiya “Galaxy Note” modellərində əlçatan olacaq.

Yeni alkotester sürücüləri cərimələrdən və sürücülük hüququnun məhrum edilməsindən qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.