REGİONLAR


Samux rayonunun təsərrüfatlarından 11300 tondan çox tərəvəz yığılıb

Samux 22 avqust, Rauf Hacıyev, AZƏRTAC

Bu ilin ilk 7 ayı ərzində Samux rayonunda 707 hektar sahədə tərəvəz əkilib.

Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sahələrdən 11378 ton tərəvəz yığılıb. Örtülü torpaqlarda 63,6 hektar sahədən 3533 ton məhsul toplanıb. Məhsuldarlıq rayon üzrə hər hektardan 163,1 sentner olub. Tərəvəz məhsulunun 2072 tonu kənd təsərrüfatı müəssisələrində, 9306 tonu isə əhali təsərrüfatlarında becərilib.

Təsərrüfatlardan 6295 ton pomidor, 1145 ton badımcan, 1520 ton xiyar, 472 ton baş soğan, 239 ton sarımsaq, 387 ton bibər, 188 ton yaşıl lobya, 135 ton kələm, 76 ton süfrə yerkökü, 99 ton süfrə çuğunduru, 822 ton isə sair tərəvəz yığılıb.

Rayonda istehsal olunan tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı, şəhər bazarlarına çıxarılıb, eyni zamanda, bir sıra ölkələrə ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.