REGİONLAR


Samuxda 10 ədəd subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür

Samux, 5 may, Rauf Hacıyev, AZƏRTAC

Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sahəni daim diqqətdə saxlayan dövlətimizin başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Samux rayonunda 66 ədəd subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulub.

Bu vaxta qədər rayon üzrə 56 subartezian quyusu qazılaraq istifadəyə verilib.

Hazırda daha 10 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.