REGİONLAR


Samuxda Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib

Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC

Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Açılış mərasimində rayon rəhbərliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçiləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu yol ümumi əhalisi 4409 nəfər olan Yenikənd, Köbər və Qaraağaclı yaşayış məntəqələrini birləşdirir. Avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yolun üzərində Qanlı qobu deyilən ərazidə sel sularının axıdılması üçün dəmir-beton konstruksiyalı və 18 metr uzunluğundə yeni körpü inşa edilib. Yol üzərində borular vasitəsilə 144 ədəd su ötürücüsü yerləşdirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi Əvəz Qocayev çıxış edərək bildirib ki, respublikamızın hər bir rayonunda olduğu kimi, Samux rayonunda da yol infrastrukturu yenilənir və bu iş bundan sonra da daha geniş şəkildə davam etdiriləcək.

Rayon sakini Hüseynxan Ağayev çıxışında kəndlərin sosial inkişafı üçün göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına sakinlər adından minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 4 avqust tarixli Sərəncamı ilə yolun tikintisinə 4 milyon manat ayrılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.