REGİONLAR


Samuxda qanvermə aksiyası keçirilib

Samux, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ölkəmizin müxtəlif bölgələrində qanvermə aksiyaları həyata keçirir. Növbəti belə aksiya Samux rayonunda baş tutub.

Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyada rayon əhalisi, idarə və təşkilatlar fəal iştirak ediblər. Ümumilikdə 86 donordan qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

Tədbirin keçirilməsində əsas məqsəd talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.