REGİONLAR


Samuxda taxıl biçinində yüksək göstərici qeydə alınıb

Samux, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC

Samux rayonunda 10 min 675 hektar sahədə taxıl biçini aparılıb. Taxıl biçininin 6 min 570 hektarı buğda, 4 min 105 hektarı isə arpa sahəsi olub.

Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sahələrdən 36 min 601 ton məhsul yığılıb. Bu da son 9 ildə ən yüksək göstəricidir.

Qeyd edilib ki, bu il əvvəlki ilə nisbətən 13 min 728 ton və ya 60 faiz çox taxıl istehsal olunub. Məhsuldarlıq hər hektardan 34,3 sentner olub ki, bu da 2017-ci ilə nisbətən 24,7 faiz çoxdur.

Taxıl istehsalının artımını son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı olduğunu deyən Gündüz Bayramov, həmçinin Şəmkir Maşın Su Kanalının işə düşməsini, mineral və üzvi gübrələrdən, pestisidlərdən düzgün istifadə edilməsini və normal iqlim şəraitinin məhsuldarlığın artmasına müsbət təsir göstərdiyini deyib.

Sahələrdə payızlıq taxıl səpininə hazırlıq işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.