RƏSMİ XRONİKA


Samuxda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət  YENİLƏNİB VİDEO

Samux, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qeyd edək ki, Prezident İlham Əliyev indiyədək bir neçə dəfə Samuxda səfərdə olub. Bu səfərlər rayonun inkişafında mühüm rol oynayıb. 2003-cü ildən başlayaraq 2019-cu ilin sonuna qədər rayonda məhsul istehsalı 3,5 dəfə, sənaye 3,9 dəfə, kənd təsərrüfatı 2,6 dəfə, əsas kapitala yönəldilmiş vəsait isə 19,4 dəfə artıb. 2020-ci ilin birinci rübünədək 24 787 yeni iş yeri açılıb, bu il ödənişli əsaslarla 305, pandemiya ilə əlaqədar isə 150 müvəqqəti iş yeri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin