Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

San-Marinoda Azərbaycana həsr olunmuş böyük tədbir keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

San-Marinoda Azərbaycanın böyük və həqiqi dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin başçısı Aureliya Qriqoriunun Malta Ordeninin ən yüksək mükafatı – Böyük Malta Xaçı ilə mükafatlandırılması mərasimi keçirilib.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut AZƏRTAC-a bildirib ki, Aureliya Qriqoriu bu mükafata humanizm, ədalət, sülh, tolerantlıq və multikulturalizm ideallarını dəstəklədiyinə və onları təbliğ etdiyinə görə layiq görülüb. Onu bu mükafata 2013-cü il iyulun 4-də Yerevandakı çıxışına, habelə insan hüquqlarının müdafiəsi işinə töhfəsinə görə layiq görüblər. A.Qriqoriu həmin çıxışında Ermənistanda insan hüquqlarının pozulması, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün probleminin mövcud olması barədə dünya birliyinə məlumat verib.

Malta Ordeninin yüksək mükafatının təqdim edilməsi mərasimi çərçivəsində Aureliya Qriqoriunun təşəbbüsü ilə San-Marino Respublikasının siyasi və biznes elitasının və İtaliyanın nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” görüşü keçirilib. “Dəyirmi masa”nın işində Aureliya Qriqoriu ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məshəti Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut, “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının prezidenti Elmar Məmmədov, Moldovanın “İctimai Palata” qeyri-hökumət təşkilatının başçısı Dmitri Xaritonov iştirak ediblər.

Doktor Lamberto Franka “dəyirmi masa”nı açaraq bildirib ki, bu günü tarixi gün hesab etmək olar, çünki San-Marinonun siyasi və biznes elitası ilk dəfə Azərbaycan haqqında ətraflı informasiya alacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva Azərbaycan dövlətinin dünyəvi modelindən, dövlət səviyyəsində multikulturalizm və tolerantlıq siyasətinin yürüdülməsindən, Azərbaycanın populyarlığının artmasından, onun inkişaf etmiş iqtisadiyyatından və əlverişli investisiya mühitindən, turizm imkanlarından və bir çox digər məsələlərdən ətraflı söz açıb.

Məhsəti Əliyeva bildirib ki, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmasına baxmayaraq, dünyanın bir çox aparıcı şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə çəkinmədən sərmayə yatırırlar, çünki əmanətlərinin təhlükəsizliyinə verilən zəmanətə əmindirlər.

Məhsəti Əliyeva fürsətdən istifadə edərək, tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından danışıb. O deyib: “Bu gün Avropa bir milyon qaçqın problemi ilə üzləşib. Təsəvvürünüzə gətirin ki, Azərbaycan 20 ildən çoxdur ki, bir milyondan çox qaçqının və məcburi köçkünün öhdəsindən təkbaşına gəlir. Müasir və güclü Azərbaycanın siyasəti tolerantlıq və multikulturalizm modeli üzərində qurulub. Azərbaycan xalqının tolerantlığı və multikulturalizmi müxtəlif millətlərin və konfessiyaların nümayəndələri ilə ümumi dil tapmağa kömək edir.

Multikulturalizm modelinin iflasa uğradığını açıq etiraf edən bir çox aparıcı Avropanın ölkələrindən fərqli olaraq, Azərbaycanda tolerantlıq və multikulturalizm Azərbaycan dövlətinin ən böyük sərvətidir və Azərbaycan xalqının sülhpərvər mahiyyətini üzə çıxarır. Bu model çoxmillətli dövlətlərdə etnosiyasi sabitlik yaradılması üçün ən yaxşı örnək ola bilər”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova, Ukrayna, Rumıniya, Macarıstan və Bolqarıstan nümayəndəliyinin başçısı Aureliya Qriqoriu bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, nəticədə bu gün Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Buna baxmayaraq, məhz Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırıb. Azərbaycan rəhbərliyinin dövlət siyasəti fenomeni də elə buradan qaynaqlanır.

A.Qriqoriu vurğulayıb: “Bu dövləti fərqləndirən cəhət budur ki, ərazilərinin 20 faizinin işğalından əziyyət çəkməsinə, bir milyondan çox qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, ölkədə sülh, ehtiram, xeyirxahlıq və humanizm mühitini təmin edir. Bu gün Avropanı bürüyən qaçqınlar problemi on milyon əhalisi olan Azərbaycanın təcrübəsi nəzərə alınmaqla həll edilə bilər, çünki bu ölkə artıq 25 ildən çoxdur ki, başqa dövlətlərin dəstəyi olmadan, müstəqil surətdə bir milyondan çox qaçqın və məcburi köçkün probleminin öhdəsindən gəlir”.

Aureliya Qriqoriunun fikrincə, Azərbaycan elə bir ölkədir ki, onun millətindən, etnik və yaxud irqi mənsubiyyətindən, ünsiyyət dilindən və dini etiqadından asılı olmayaraq, bütün sakinləri özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri hiss edirlər. O deyib: “Təsadüfü deyildir ki, Azərbaycan Avstraliya, Kanada, Argentina və İsveç kimi ölkələrlə yanaşı, dünyanın ən tolerant beş ölkəsi sırasına daxil olub. Azərbaycan haqlı olaraq dini tolerantlıq örnəyi sayılır. Bu ölkə tolerantlıq səviyyəsinə görə təkcə Asiyanın deyil, Avropa ölkələrinin çoxunu qabaqlayıb. Bu gün Azərbaycanın tolerantlıq modeli həm müsəlman dünyası, həm də Avropa üçün örnək sayılır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycan–yəhudi münasibətlərin tarixi üzərində ətraflı dayanaraq, İsrail-Azərbaycan strateji tərəfdaşlığının uğurlu inkişafının müasir mərhələsindən, o cümlədən siyasi dialoqun yüksək səviyyəsindən, iqtisadi tərəfdaşlığın və hərbi-texniki əməkdaşlığın inkişafından danışıb. O deyib: “Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi müstəqilliyinin cəmi 25 ili ərzində iri beynəlxalq neft, qaz və nəqliyyat layihələri həyata keçirib, böyük uğurlara və tərəqqiyə nail olub. Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində mühüm geosiyasi və geoiqtisadi mərkəz rolu oynayıb. İsrail dövləti Azərbaycan neftini məhz bu kəmər vasitəsilə alır. Artıq uzun illərdir Azərbaycanın tarixi ərazisinin 20 faizini işğal etmiş Ermənistanla müharibə vəziyyətində olduğunu vurğulayan A.Qut deyib: “Ermənistanla silahlı münaqişəyə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Yəhudi icması bu dialoqda mühüm və inteqrasiyaedici rol oynayır. Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı bu təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqət və qayğıkeşliklə yanaşır, səmimi münasibət bəsləyir. İnkaredilməz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur. Bir neçə il əvvəl paytaxtın mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda yəhudi uşaqlar ən böyük təhsil mərkəzi inşa edilib. Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin sıx yaşadığı yeganə unikal yerdir, Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. Bu gün yəhudi kipa qoyub Parisdə gəzməyə cəsarət etməz, Bakıda isə yəhudilər rahatca kipa qoyur, bütün milli bayramlarını qarşılayır, Beynəlxalq Holokost Gününü və İsrailin Müstəqillik Gününü qeyd edirlər”.

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının prezidenti Elmar Məmmədov həm Azərbaycanın, həm də Ukraynanın iqtisadi inkişafı barədə qonaqlara məlumat verib, hər iki ölkənin turizm sektoruna yatırılan sərmayələrin faydasından, turizmin populyar istiqamətindən – iki ölkənin müalicəxanalarında tibbi turizmdən danışıb.

Mehriban dostluq şəraitində keçirilən görüş Azərbaycana böyük maraq oyadıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir