İQTİSADİYYAT


Sankt-Peterburqda “Neft emalı və neft-kimya: Rusiya və MDB” mövzusunda konqres keçiriləcək

Bakı, 18 iyul, AZƏRTAC

Sentyabrın 30-dan oktyabrın 1-dək Sankt-Peterburqda “Neft emalı və neft-kimya: Rusiya və MDB” (“PRC Russia & CIS 2019”) mövzusunda konqres keçiriləcək.

AZƏRTAC “PRC Russia & CIS 2019” Konqresinin Təşkilat Komitəsinə istinadla xəbər verir ki, neft-qaz sənayesinin inkişafı, texnologiya və avadanlığın təkmilləşdirilməsi, innovasiyalı tədqiqatlar, neft emalının dərinliyini artırmağın zəruriliyi, ətraf mühitə təsirin azaldılması kimi aktual məsələlərə həsr edilən bu tədbirin əsas məqsədi müvafiq şirkətlərin liderləri və aparıcı texniki mütəxəssislər arasında ünsiyyət və təcrübə mübadiləsi məkanı yaratmaqdır.

Konqresdə neft-qaz sənayesi bazarının liderləri: “ССС” (Consolidated Contractors Company), “Worley”, “Qazprom İnterneşnl”, “Şell Neft”, “Titan” Dövlət Şirkəti, “Zarubejneft”, “TUPRAS”, “Qırğızneftqaz”, “McDermott” və başqaları iştirak edəcəklər.

Konqresin proqramının əsas mövzuları belədir: Rusiyada və MDB-də neft emalının və neft-kimyanın inkişaf meyilləri, proqnozlar, çağırışlar”, “Neftin dərin emalı”, “Əməliyyat effektivliyinin artırılması”, “Sənaye təhlükəsizliyi”, “Enerji effektivliyinin artırılması”.

Konqres haqqında daha ətraflı məlumat almaq üçün istinad: https://bit.ly/2XABtDz.

Xatırladaq ki, “PRC Russia & CIS 2019” konqresinin informasiya tərəfdaşı AZƏRTAC-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.