MƏDƏNİYYƏT
Sanna Nielsen: Elnur Hüseynovun şansları çox yüksəkdir VİDEO
Bakı, 19 may, AZƏRTAC
Bakıda keçirilən Eurovision mahnı müsabiqəsini telekanal vasitəsilə izlədim. Məndə ən pozitiv təəssüratlar yaşatdı. Son illərdə keçirilən müsabiqələrin ən mükəmməli məhz Azərbaycanda oldu. Elnur Hüseynovun şansları çox yüksəkdir.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində ötən il “Eurovision” mahnı müsabiqəsində üçüncü yerə sahib olan İsveç təmsilçisi xanım Sanna Nielsen deyib.
Ölkəmizin yaxın zamanlarda bu müsabiqəyə yenidən ev sahibliyi edəcəyini əminliklə qeyd edən Sanna Nielsen favoritlərinin Rusiya, Serbiya, Azərbaycan olduğunu diqqətə çatdırıb. Azərbaycanda daha bir möhtəşəm idman bayramı - birinci Avropa Oyunları keçiriləcəyini söyləyən təmsilçi ölkəmizə bu əsrarəngiz idman yarışında uğurlar arzulayıb: “Əminəm ki, ölkənizə çoxlu xarici qonaqlar səfər edəcək. Mən də sizin ölkənizə bu möhtəşəm idman bayramını izləmək üçün səfər etməyi planlaşdırıram.
Elnurla səhnə arxasında görüşdük. Güclü potensialı var, istedadlı gənc ifaçıdır. Səs imkanları çox genişdir. Düşünürəm ki, müsabiqədə layiqli yerə sahib olacaq”.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana