İQTİSADİYYAT


Satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmi müəyyən edilib

Bakı, 25 sentyabr, AZƏRTAC

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2018-ci il üçün satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmini müəyyən edib.

Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən açıqlama verilib.

Məlumata əsasən, səhmdar cəmiyyəti respublikanın müxtəlif ərazilərində fəaliyyət göstərən satınalan təşkilatları (uşaq bağçaları, xüsusi təmayüllü təhsil müəssisələri, xəstəxanalar, hərbi hissələr və s.) ilboyu 163 adda ərzaq məhsulları ilə təmin edir.

Həmçinin diqqətə çatdırılıb ki, səhmdar cəmiyyət yerli istehsalçılara və satıcılara müraciət edərək portal üzərindən, orta bazar qiymətinə satın alınması nəzərdə tutulan ərzaq məhsullarının təklif edilməsinə dəvət edir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları barədə elanlar portalda yerləşdirilib.

Qeyd olunub ki, hər bir istehsalçı və ya satıcı “tedaruk.az” portalına daxil olaraq, istənilən ərzaq məhsuluna tələbatın həcmi və qiyməti haqda məlumat əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.