MƏDƏNİYYƏT


Səbail kitabxanasında “Bir sevginin tarixçəsi” kitabının təqdimatı olub

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası və Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə mərhum gənc yazıçı, kinoşünas Pərviz Yusifin “Bir sevginin tarixçəsi” kitabının təqdimatı keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, yazıçı-publisist İlqar Rəsul, tanınmış telejurnalist, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev, telejurnalist, yazıçı-publisist Vəli Əkbər, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Rasim Nəbioğlu, Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Şıxəliyev, aktrisa Məlahət Əhmədova və digər şəxslər iştirak ediblər.

Tədbirdə Pərviz Yusifin həyat və yaradıcılığı haqqında məlumat verilib, onun uşaqlıq və tələbəlik illəri, insani keyfiyyətləri, həyatda tutduğu mövqeyi, ədalət prinsipləri, fəlsəfi düşüncələri haqqında geniş danışılıb, yeni kitabı barədə fikirlər səslənib.

Sonda qonaqlara yazıçının kitabları hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.