İDMAN


“Səbail” klubu Mahmud Qurbanovla ikiillik müqavilə imzalayıb

Bakı, 26 may, AZƏRTAC

Bakının “Səbail” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Səbail”in Müşahidə Şurasının qərarı ilə komandanı Mahmud Qurbanov çalışdıracaq. Qırx doqquz yaşlı mütəxəssislə 2023/2024-cü il mövsümünün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, M.Qurbanov 2018-ci ildən “Neftçi”nin əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışıb. 2020/2021-ci il mövsümündə əvəzedici komandada I Divizionun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.