İDMAN


“Səbail” klubu gənc qapıçı ilə üçillik müqavilə imzalayıb

Bakı, 7 iyul, AZƏRTAC

“Səbail” klubun akademiyasının yetirməsi olan Sadiq Məmmədzadə ilə peşəkar müqavilə imzalayıb.

AZƏRTAC paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı qapıçı üçillik sözləşməyə qol çəkib.

Qeyd edək ki, “Səbail” yay fasiləsində Cabir Əmirli, Tural Bayramlı, Adil Nağıyev, Ədilxan Qarəhmədov, Ruslan Hacıyev, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə müqaviləni yeniləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.