CƏMİYYƏT


Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər tutulublar VİDEO

Bakı, 20 fevral, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb. Onun üzərindən iki bükülüdə heroin və metamfetamin aşkar edilib. N.Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.

Narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində tutulub. Onun üzərindən və yaşadığı evdən 2 kiloqramdan artıq heroin aşkar olunub. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.