CƏMİYYƏT


Səbail rayonunda üçmərtəbəli binada baş verən yanğınla əlaqədar on nəfər təxliyə edilib

Bakı, 28 aprel, AZƏRTAC 

Paytaxtın Səbail rayonu ərazisində ümumi sahəsi 900 kvadratmetr olan üçmərtəbəli binanın üçüncü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə ilə əlaqədar yanğınsöndürənlər on nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

Daha bir yanğın hadisəsi Ağcabədi rayonunda baş verib. Məcburi köçkünlərin məskunlaşdıqları, ümumi sahəsi 600 kvadratmetr olan ikimərtəbəli binanın dam örtüyü 150 kvadratmetr sahədə yanıb. Yanğın binanın ikinci mərtəbəsində üç otağı və dəhlizi də əhatə edib.

Hər iki hadisə zamanı binalar yanğından mühafizə olunub, alov söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.