MƏDƏNİYYƏT
“Şəbəkə” xidmət mərkəzlərində hansı növ turizm xidmətləri göstərilir?
Bakı, 12 fevral, Elvira Məmmədova, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan “Şəbəkə Travel”in fəaliyyətə başlamasından 1 il ötür.
AZƏRTAC xəbər verir ki, bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi “Şəbəkə” mərkəzlərində turizm xidmətlərini təmin etmək üçün yaradılan “Şəbəkə Travel” müasir turizm standartlarına cavab verən çoxprofilli tur operatordur.
2017-ci ilin nəticələrinə görə, “Şəbəkə Travel” turizim şirkəti kimi “Azeri Bussiness Award” və “Azeri Best Award” mükafatlarına layiq görülüb.
“Şəbəkə Travel” peşəkar biznes tarixçəsi tələb edən, otellərdə böyük yer və qiymət kvotası olan, “Global Travel Wholesaler”lər ilə (Beynəlxalq Səyahət Topdansatış şirkəti) uğurlu əməkdaşlıq edir. 24 saat fasiləsiz xidmət göstərən turizm şirkəti 500-dən çox aviaşirkətlə, dünyanın 2 min 800-dən çox şəhərinə işgüzar şəxslər və turistlər üçün səyahət imkanı yaradır. Eyni zamanda, Azərbaycan daxili turlar, eləcə də dünyanın ən böyük 14 kruiz şirkətinin laynerləri ilə kruizlərin təşkili də həyata keçirilir. Dünyanın istənilən nöqtəsində və Azərbaycanda avtomobil icarəsi, aeroport transferi də xidmətlərə daxildir”, - deyə şirkətin rəhbəri Natiq Məmmədov bildirib.
N.Məmmədov hazırda qeyd olunan xidmətlərin sayının artırılması istiqamətində işlərin sürətlə davam etdirildiyini də vurğulayıb.