Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Səbuhi Tanrıverdiyev: Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir

Səbuhi Tanrıverdiyev: Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir

Bakı, 5 avqust, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) distant, qiyabi və əlavə təhsil mərkəzinin fəaliyyət istiqamətlərindən biri də əlavə təhsillə bağlıdır. Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili pillələrindən birini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaş əlavə təhsil almaq hüququna malikdir. Əlavə təhsil - vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və onun yeni peşələrə, ixtisaslara yiyələnməsinə, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə və təkmilləşdirilməsinə, ümumilikdə insan potensialının və insan kapitalının inkişafına xidmət edir. Bu məsələ ilə bağlı UNEC-in distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

Mərkəzin direktoru qeyd edib ki, Azərbaycanda əlavə təhsilin ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətləri vardır ki, bunlar da Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalarda əksini tapıb. Hazırda UNEC-də bu istiqamətlərdən ikisi - kadrların yenidən hazırlanması və təkrar ali təhsil istiqamətləri reallaşdırılır. Bu iki istiqamət üzrə təhsil alan şəxslərə təhsil proqramlarının mənimsənilməsi əsasında müvafiq sənəd verilir.

Kadrların yenidənhazırlanma təhsili müraciət edən vətəndaşın ilkin baza təhsili proqramları ilə yenidən əldə etmək istədiyi ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mümkündür. Yəni bu, yaxın olan ixtisaslar üzrə mümkündür, daha sadə desək, bir sahənin daxilində ayrı-ayrı ixtisaslara yiyələnmək istəyən şəxslər üçün əlverişlidir. Məsələn, mühasibat uçotu ixtisası üzrə təhsil almış şəxs müraciət edib maliyyə ixtisasına yiyələnə bilər. Təkrar ali təhsil isə ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda seçilən təhsil istiqamətidir. Yəni tamamilə ayrı-ayrı sahələr olanda bu təhsili almaq mümkündür. Məsələn, hüquqşünaslıq, mühəndislik və ya digər ixtisaslar üzrə baza təhsili almış şəxs maliyyə ixtisasına yiyələnmək istədiyi halda yenidənhazırlanma təhsilini deyil, təkrar ali təhsil istiqamətini seçə bilər.

S.Tanrıverdiyev bildirib ki, yenidənhazırlanma təhsilinin tədris müddəti bir ildir. Dərslər Azərbaycan dilində və ancaq əyani formada aparılır. Təkrar ali təhsildə isə təhsil əyani və qiyabi formalarda həyata keçirilə bilər. Tədris isə adətən ikinci kursdan başlanır. Bu, ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqdən asılıdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalarda da əks olunduğu kimi, əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun gəldikdə, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad edilir.

Təkrar ali təhsilə qəbulun UNEC-də 21 ixtisas üzrə aparıldığını deyən S.Tanrıverdiyev qeyd edib ki, yenidənhazırlanma təhsili üç ixtisas üzrə - ali təhsil bazasında dünya iqtisadiyyatı və maliyyə ixtisasları, orta ixtisas təhsili bazasında isə maliyyə işi ixtisası üzrə aparılır. Tədris yenidənhazırlanma təhsili üçün ayrıca yaradılan qruplarda, təkrar ali təhsildə isə müəyyən istiqamət və ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir. Yenidənhazırlanma diplomu təklikdə qüvvədə sayılmır və mütləq ilk baza diplomu ilə birlikdə təqdim edilməlidir.

S.Tanrıverdiyevin sözlərinə görə, son iki ildə UNEC-də tədris prosesində müasir texnologiyaların tətbiqi və tədrisin elektronlaşdırılması istiqamətində böyük layihələrin - vahid elektron idarəetmə platforması olan “Elektron Universitet Modeli”nin və EDUMAN sisteminin istifadəsinə başlanılıb ki, burada da əsas hədəf şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır. Mərkəzin direktoru bildirib ki, UNEC-də görülən bütün bu işlər əlavə təhsilə qəbul prosesində də əksini tapıb və 2014-cü ildən başlayaraq əlavə təhsil və əcnəbi vətəndaşların universitetə qəbulu prosesi tamamilə elektronlaşdırılaraq internet vasitəsilə həyata keçirilməyə başlanıb. Hazırda mərkəzdə əlavə təhsillə bağlı sənəd qəbulu üçün iki elektron platforma fəaliyyət göstərir. Əlavə təhsillə maraqlanan istənilən şəxs www.kabinet.unec.edu.az linkinə daxil olmaqla özünə şəxsi kabinet açaraq tələb edilən sənədləri birbaşa oraya yükləyə bilər. Bu, həm vaxta qənaət edir - istənilən vətəndaşın əlavə təhsil almaq üçün ucqar bir kənddən, başqa bir şəhərdən, ölkədən yol qət edib universitetə gəlməsinə ehtiyac qalmır, müvafiq sənədlər elektron formada göndərilir, həm də qəbul prosesinin tam şəffaf və obyektiv aparılmasını təmin edir, subyektiv və kənar pozucu təsirlərin aradan qaldırılmasına tam şərait yaratmış olur.

İstər yenidənhazırlanma təhsili, istərsə də təkrar ali təhsil almaq üçün müraciət edənlərin sənədlərinin qəbulu və emalı üçün UNEC-in rektorunun sədrliyi ilə xüsusi “Sənəd qəbulu komissiyası” fəaliyyət göstərir. Müraciət edənlərin baza diplomları həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə Təhsil Nazirliyinə araşdırılmaya göndərilir. Yenidənhazırlanma təhsili almaq üçün müraciət edənlərin baza təhsili diplomlarının uyğun olub-olmaması ilə bağlı müvafiq qaydada yoxlamalar aparılır və fənn fərqi imkan verən şəxslərin yenidənhazırlanma təhsili almasına icazə verilir. Təkrar ali təhsildə də, həmçinin müraciət edənlərin baza diplomlarının həqiqiliyi ilə bağlı Təhsil Nazirliyinin razılığı əldə edildikdən sonra həmin şəxslər tələbələr sırasına qəbul edilmiş olurlar. Bu gün əmək bazarında əsas maraq doğuran ixtisaslardan olan maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, dünya iqtisadiyyatı ixtisaslarında təhsil almaq üçün daha çox müraciət qeydə alınır. Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək. Hazırda sənədlər sistemə yükləndikcə, komissiya mütəmadi olaraq məlumatların emalını həyata keçirir. Sentyabrın 10-dan sonra nəticələr açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Türkiyənin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib

Rusiya XİN: Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır

Nazir: Təhsil sahəsində əməkdaşlıq Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin bariz nümunəsidir

Mariya Zaxarova Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsinə münasibət bildirib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Akademik: Azərbaycanlı alimlərin forumu ölkə elminin dünyada tanınmasına töhfə verəcək

Beynəlxalq düşərgənin iştirakçısı: Xalqımızın mədəniyyətini digər ölkələrin gənclərinə tanıdırıq

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 806 milyon manatdan çox olub

Muxtar respublikada dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48,2 faiz artıb

Bakıdan Sumqayıta və əks istiqamətə qatar reyslərinin sayı artırılır

Sumqayıtda mənşəyi məlum olmayan ətin satışa çıxarılmasının qarşısı alınıb

Texas Universitetinin professoru: Azərbaycanlı alimlərin forumunun elmin inkişafına töhfə verəcəyinə inanıram

Goranboyda toxum sərgi-satış yarmarkası keçirilib

Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Nazirlik nümayəndəsi: Məqsədimiz gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Dostuq və qardaşlıq rəmzi: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub

Muxtar respublikada sənaye məhsulu istehsalı artıb

Azərbaycan Ordusunun ötən il keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat sayılır – AÇIQLAMA

BDU da “TələbəPlus” layihəsinə qoşuldu

İqtisadi Şuranın növbəti iclası keçirilib

Bakıda bir neçə dayanacaq pavilyonu istifadəyə verilib

“Lökbatan dairəsi”ndə yolun təmiri həyata keçirilir

Azərbaycan klubu beş basketbolçu ilə yollarını ayırıb

“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb

ADSEA Füzuli və Şuşa sakinlərini işlə təmin edib

Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyaları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

Britaniyanın xarici işlər naziri və ABŞ Dövlət katibi Kiyevə səfər ediblər

Çempionlar Liqasında tarixi uğura imza atan Azərbaycan komandasının üzvləri ilə görüş olub

Lənkəran kənd seçki dairəsindən iki məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib VİDEO

22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Psixoterapevt: Uşaqları istəklərinə və maraqlarına uyğun kurslara yönəltmək daha uyğundur

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında 13 faizlik artım qeydə alınıb

Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur

Səyyar “ASAN xidmət” Xaçmazda

“Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib

Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir

BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

® Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Moskva və bütün Rusiyanın Patriarxı Azərbaycanı nümunəvi dövlət adlandırıb

“Qurdoğlu” tarixi romanı işıq üzü görüb

Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib

Azərbaycan klubu daha bir amerikalı basketbolçunu transfer edib

Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar

“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur

Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısına ev sahibliyi edəcək

"Trump Media" kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb

Azərbaycanda blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsində AYİB-in iştirakı müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır

Azərbaycan Dünya Köçəri Oyunlarında dördüncü medalını qazanıb

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Ağdamda 55 yaşlı kişini ilan sancıb

® “Coca-Cola” Fondunun dəstəyi ilə yeni ekoloji layihəyə start verilib

Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələr öyrənilir

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü “Ana tarla” tamaşası ilə açıb

Naxçıvanda ÜDM istehsalı 950 milyon manatı ötüb

Maks Ferstappen: Bakı bolidi idarə etmək üçün çətin trekdir

Türkiyənin Somaliyə araşdırma gəmisi göndərəcəyi tarix açıqlanıb

Naxçıvanda vergi daxilolmaları 32 faizdən çox artıb

Ortaq Türk Əlifbasındakı hərflərin Türk dillərində mövcud olan fonemləri əks etdirməsinə xüsusi diqqət yetirilib AÇIQLAMA

“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib

Vyetnamda qasırğa qurbanlarının sayı 140 nəfəri ötüb

Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər

Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb

Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

NATO-nun yeni Baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq

Bakı Uşaq Teatrı Elistada keçirilən festivalda iştirak edir

ABŞ Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə edəcək?

® “Azercell”dən “Litres” və “Busuu” tətbiqlərindən pulsuz istifadə imkanı

Paytaxtda yeni su və kanalizasiya layihələri icra olunur

Odessanın mərkəzində Gəncəyə istiqaməti göstərən nişan qoyulub

Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir

Respublika ərazisində təhlükəsizlik aylığı keçirilir

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək ixtisas imtahanına qeydiyyat aparılır

Zəhmətli olsa da, gəlirlidir - Küncüt sahəsindən reportaj VİDEO

“Neftçi” daha üç legioner basketbolçu ilə anlaşıb

Gömrükçülər ölkəyə 25 kiloqramdan artıq qanunsuz gümüş gətirilməsinin qarşısını alıb

Əhalinin hər bir nəfəri pərakəndə ticarət şəbəkələrindən orta hesabla ayda 456 manatlıq mal alıb

Yasamalda uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Mərkəzi Bank və AYİB yaşıl keçidlə bağlı icra olunacaq təşəbbüslərə dəstək imkanlarını müzakirə edib

Göygöldə Azərbaycanın ilk Moruq Festivalı keçiriləcək

Bu il ölkədə sənaye məhsulu istehsalı 42 milyard manatı ötüb

Dram Teatrında “Ledi Maqbet” tamaşasının məşqləri başlayıb

BANM tələbəsi “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib

Formula 1-in yaponiyalı pilotu: Bakıdakı yarış hər zaman gərgin və maraqlı keçir

“Azərkosmos” Mozambik təmsilçilərinə kosmik sahədə radiotezliklərin idarə edilməsinə dair ilkin texniki biliklər təqdim edib

Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək

FHN-in komandası yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatında yüksək nəticə göstərib VİDEO

Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

“Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib

Şagirdlərin uğur qazanmasında ailə mühitinin rolu nədir? - OECD-nin hesabatı