CƏMİYYƏT


Seçenov Universitetinin Bakı filialında səhiyyənin təşkilinə dair ixtisasartırma kursları keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında “Səhiyyənin təşkili, icbari tibbi sığorta və tibbi müəssisələrin idarə edilməsi” kursu üzrə birinci məşğələ keçirilib.

Seçenov Universitetinin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu kurs səhiyyənin təşkili və icbari tibbi sığorta sahəsində mütəxəssislər, həmçinin tibb müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulub. Kursda məşğələlər İ.M.Seçenov adına Birinci MDTU-nun Liderlik və Səhiyyənin İdarə Edilməsi İnstitutunun müəllimləri tərəfindən keçirilir.

Tədris kursu altı əsas bölmədən ibarətdir. Müdavimlər iki ay müddətində ictimai sağlamlıq, tibbi yardımın keyfiyyətinin idarə edilməsi, icbari tibbi sığorta, səhiyyənin təşkili və tibb müəssisələrinin menecmenti, habelə səhiyyənin iqtisadiyyatı və maliyyələşdirilməsi üzrə zəruri biliklər əldə edəcəklər.

Müdavimlər kursu bitirəndən sonra buraxılış layihələrinin təqdimatını keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.