Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib

Sədərək, 11 mart, AZƏRTAC

Martın 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasında yaradılan şəraitlə tanış olub.

Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin direktoru Hikmət Əhmədov məlumat verərək deyib ki, muxtar respublikanın davamlı inkişafı teleradio yayımı sahəsini də əhatə edib, rəqəmsal televiziya şəbəkələrinin tətbiqi ilə əlaqədar mühüm layihələr həyata keçirilib. Nəticədə muxtar respublikada telekommunikasiya sahəsi müasir tələblər səviyyəsində qurulub. Bu gün Sədərək Radio Televiziya Ötürücü Stansiyasının yeni müasir bina ilə təmin olunması da görülən işlərin davamıdır. Hikmət Əhmədov muxtar respublikada telekommunikasiyanın inkişafına göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Sədərək rayonunu əhatə edən radio-televiziya ötürücü stansiyası istifadəyə verilir. Bununla da rayon ərazisində teleradio yayımının keyfiyyəti yaxşılaşacaqdır. Teleradio yayımı əhəmiyyətli məsələdir. Ona görə də muxtar respublikada televiziya kanallarının paket formasında yayımı həyata keçirilir. Çünki teleradio yayımının düzgün tənzimlənməsi həm də milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir. Hazırda bir çox ölkə beynəlxalq qanunlara əhəmiyyət vermədən televiziya verilişlərini öz sərhədlərindən kənara da yayımlayır. Bu da ölkədaxili televiziyaların yayımına, eyni zamanda, milli-mənəvi dəyərlərin aşılanmasına təsir edir. Əhalini bu təsirlərdən qorumaq üçün muxtar respublikada müasir ötürücü stansiyalar qurularaq teleradio yayımı həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada ötən illərdə bu sahədə xeyli işlər görülmüş, 2014-cü ildən rəqəmsal yayıma keçilmiş, verici stansiyalar yenidən qurulmuş, müasir avadanlıqlarla təmin olunmuşdur. Sədərəkdə avtomat kökləmə sistemi ilə təchiz edilmiş FM verici avadanlıqları quraşdırılmışdır. Bu avadanlıqlar bütün muxtar respublika ərazisində qurulmalıdır. Naxçıvan dağlıq ərazidə yerləşir. Buna görə də monitorinqlər aparılmalı, hansı ərazidə siqnallar zəifdirsə, paket şəklində təqdim olunan kanallar məhduddursa, həmin ərazilərdə tədbirlər görülməlidir ki, əhali ölkəmizdə yayımlanan televiziya və radio verilişlərinə baxa və dinləyə bilsinlər. Bunun üçün lazımi şərait vardır. Dövlət tərəfindən bu işlərin həyata keçirilməsinə lazımi dəstək göstərilir. Aid təşkilatlar da bu işlərə məsuliyyətlə yanaşmalı, vericilər müasir tələblərə cavab verməli, avtomatik kökləmə sistemləri ilə təmin olunmalı, muxtar respublika ərazisində yayım keyfiyyəti yüksəldilməlidir. Ölkənin təbliğatı və əhalinin məlumatlandırılması media üzərindən aparılır. Eyni zamanda gənc nəslin vətənpərvər və milli dəyərlərə sadiq yetişməsində də televiziya və radiolar mühüm əhəmiyyət kəsb edir. Son 2 ildə Naxçıvan Dövlət Televiziyasına ümumi dəyəri 500 min manata yaxın olan avadanlıqlar alınmışdır. Bütün bunlar keyfiyyətin yüksəldilməsi üçün edilib. Artıq əhali keyfiyyətli verilişlərə baxa bilir.

Ali Məclisin Sədri deyib: Bu gün Sədərəkdə istifadəyə verilən stansiya müasir avadanlıqlarla təmin olunub. Müasir avadanlıqlar isə yeni mütəxəssislərin yetişməsini və onların işə müasir yanaşmasını təmin edəcəkdir. Yaxşı iş şəraiti burada çalışanlar üçün də rahatlıq deməkdir. Ona görə də qurulub-yaradılanlar qorunmalı, işə məsuliyyətlə yanaşılmalı və ərazidə keyfiyyətli teleradio yayımı həyata keçirilməlidir.

Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının mexaniki Elşən Səfərli kollektiv adından minnətdarlıq edərək deyib: “Bu gün muxtar respublikanın sərhəd rayonu olan Sədərəkdə belə bir stansiyanın istifadəyə verilməsi kollektivimizlə yanaşı, bütün əhalinin sevincinə səbəb olub. Biz yeni, rahat iş şəraitinə malik bina ilə təmin olunuruqsa, ötürücü stansiyanın istifadəyə verilməsi ilə sədərəklilərin televiziya verilişlərinə keyfiyyətli şəkildə baxmaları təmin edilir”.

Stansiyaya baxış zamanı məlumat verilib ki, muxtar respublikada 6 ötürücü, 44 azgüclü verici stansiya fəaliyyət göstərir. Hazırda muxtar respublikanın bütün ərazisi rəqəmsal yayımla əhatə olunub. Sədərək Radio-Televiziya Ötürücü Stansiyasında radio-televiziya vericiləri, efirə nəzarət, mühəndis, server, mətbəx və digər iş otaqları vardır. Efirə nəzarət otağında radio proqramlarının monitorinqi üçün radioqəbuledici, 3 monitor, texniki şkaf quraşdırılıb, muxtar respublikada ilk dəfə olaraq stansiyada 12 kanalın bir monitorda izlənməsinə imkan verən proqram təminatlı “Multiview” sistemi istismara verilib.

Stansiyada 2 enerji tənzimləyicisi, generator, rəqəmsal televiziya vericisi, İtaliyanın “Elenos” şirkətinin istehsalı olan avtomatik kökləmə sistemi ilə təchiz edilmiş 3 yeni FM verici, fiber-optik sonlandırma avadanlıqları, “Azercell”, “Naxtel”, “Azərconnect” mobil operatorlarının baza stansiyaları quraşdırılıb. 75 metrlik qüllədə isə mobil operatorların baza stansiyalarının, rəqəmsal televiziya və radio vericilərinin anten-fider sistemləri, radio-rele linklərinin verici-qəbuledici avadanlıqları qoyulub.

Ali Məclisin Sədri muxtar respublikada televiziya və radio yayımlarının keyfiyyətinin artırılması sahəsində işlərin davam etdirilməsi və yeniliklərin tətbiqi barədə tapşırıqlar verib.

Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün
müasir kompleks qurulur

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleks tikilir.

Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksdə görülən işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport veriblər.

Məlumat verilib ki, ümumi sahəsi 104 min kvadratmetr olan kompleksdə inzibati bina, sürətli keçid üçün VİP və CİP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir ki, bu da kompleksdə sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək. Rahat və sürətli keçidin təmin olunması üçün giriş və çıxış istiqamətlərinin hər birində istiqamətverici monitorlar olan 6 hərəkət zolağı yaradılıb. 3 zolağın avtobus və minik nəqliyyat vasitələrinin, 1-i tranzit olmaqla, 2 zolağın yük nəqliyyat vasitələrinin hərəkəti, 1 zolağın isə sürətli keçid üçün istifadəsi nəzərdə tutulur. Hərəkət zolaqları üzrə sərhədkeçmə vaxtının ölçülməsi sistemi, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün 36 kamera quraşdırılıb. Yük nəqliyyat vasitələrinin çəkilməsi üçün müvafiq hərəkət zolaqlarının üzərində 60 tonluq 2 tərəzi, həmçinin bütün hərəkət zolaqlarının üzərində radiasiya səviyyəsinin müəyyənləşdirilməsi üçün qurğular qoyulub.

Kompleksdə gömrük nəzarəti və rəsmiləşməsi “bir pəncərə” prinsipinə uyğun həyata keçiriləcək, “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunacaqdır. “Qırmızı kanal”a daxil olan minik nəqliyyat vasitələrinin yoxlanılması üçün 3 zolaqda maşınaltıbaxış sistemi qurulub. Sərnişin keçid zalında giriş və çıxış istiqamətlərinin hər birində “Qırmızı kanal”la bəyan edilməli olan yüklərin gömrük nəzarətindən keçirilməsi üçün 2 müasir rentgen-baxış qurğusu, həmçinin şəxslərin üzərinin təkrar yoxlanılması üçün “body-scan” qurğusu vardır. “Yaşıl kanal” buraxılış sistemindən gömrük sərhədindən keçirilən əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli mallar olmayan sərnişinlər istifadə edəcəkdir. Giriş və çıxış istiqamətlərində pasport nəzarəti 2-si Azərbaycan, 2-si xarici ölkə vətəndaşları üçün olmaqla, 4 məntəqədə həyata keçiriləcəkdir. Sərnişin keçid zalında rüsumsuz ticarət mağazası və kafe fəaliyyət göstərəcəkdir. Bütün rəsmiləşmə və keçid zallarında quraşdırılmış elektron bəyanetmə köşklərində gömrük qanunvericiliyi ilə bağlı məlumat almaq və Dövlət Gömrük Komitəsinin 234 nömrəli informasiya-sorğu xidməti ilə birbaşa əlaqə yaratmaq imkanı vardır.

Anbarlarda yüklərin yoxlanılması üçün 3 rentgen-nəzarət qurğusu, yoxlama-baxış sistemləri bölməsində giriş istiqaməti üzrə yük və minik nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək üçün 2 X-Ray tipli rentgen-nəzarət qurğusu quraşdırılıb. Kompleksdəki bütün rentgen-nəzarət və baxış qurğuları Almaniyanın “Smiths Dedection” şirkətinin istehsalıdır. Gömrük nəzarəti zonasında yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə ölkəyə giriş istiqamətində avtonəqliyyat vasitələri üçün müasir dezinfeksiya baryeri, sərnişin zallarında hərarəti məsafədən ölçən termovizorlar quraşdırılıb, tibb məntəqəsi yaradılıb. Kompleksin ərazisində yüksək görüntü keyfiyyətinə malik olan 90 kameralıq video-nəzarət sistemi qurulub.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri kompleksdə işlərin aprel ayına qədər başa çatdırılması və xidmətin müasir tələblər səviyyəsində təşkili ilə bağlı tapşırıqlar verib.

Sədərək rayonunda Bayraq Meydanı yaradılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır...” Ulu Öndərin ideyalarına sadiqlik nümayiş etdirən ölkə başçısı dövlət rəmzlərini və atributlarını daim uca tutur, ölkəmizin hər yerində bayraq meydanları yaradılır, əzəli Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandırılır.

Martın 11-də Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, yaradılan şəraitlə tanış olub.

“Sədərək rayonundakı Bayraq Meydanında üçrəngli bayrağımız İkinci Qarabağ müharibəsində qazanılan qələbə və şəhidlərin xatirəsinə qaldırılır”, - deyən Ali Məclisin Sədri qurğunu işə salıb, üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalıb.

Məlumat verilib ki, Sədərək rayonunda Bayraq Meydanının tikintisinə 2020-ci ilin aprel ayında başlanılıb. Bayraq dirəyinin hündürlüyü 33,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Bayraq dirəyinin oturacağı siyanit plitələrlə üzlənib. Sahəsi 6 min 312 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, dekorativ ağac və gül kolları əkilib.

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov minnətdarlıq edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ideyaları bu gün Naxçıvanda uğurla həyata keçirilir. Dövlətimizin qayğısı nəticəsində 30 il əvvəl müharibə şəraitində yaşayan Sədərək rayonu artıq müasirliyə qovuşub, burada insanların rahatlığı və sabitliyi üçün hərtərəfli şərait yaradılıb. Müstəqilliyimizin rəmzi olan Bayraq Meydanı isə burada böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyətə malikdir. Çox qürurvericidir ki, bu gün burada dalğalanan bayrağımız ötən il işğaldan azad olunmuş rayonlarımızda da dalğalanır”.

Ali Məclisin Sədri deyib ki, Sədərək rayon kimi formalaşır, əhalinin yaşayışı yaxşılaşır, imkanlar artır. Dəmirçi kəndinin rayona birləşdirilməsi kadr və investisiya potensialını yaxşılaşdıracaq, rayonun gəlirlərini artıracaqdır. Bütün bunlar Sədərək rayonunun inkişafına xidmət edir. Burada qəsəbənin qurulması, su-kanalizasiya sistemlərinin çəkilməsi, əhalinin içməli su ilə təminatı, infrastrukturun yenilənməsi, əkinəyararlı olmayan torpaqların əkin dövriyyəsinə qatılaraq istifadəyə verilməsi muxtar respublika üçün əhəmiyyətli olan bu rayonun inkişafına səbəb olub.

Ali Məclisin Sədri Bayraq Meydanında abadlığa və təmizliyə nəzarət olunması, yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar