İQTİSADİYYAT


Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib

Bakı, 4 mart, AZƏRTAC

2020-ci ildə idxalın 59 faizi gömrük rüsumundan azad olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, keçən il idxalın 41 faizi gömrük rüsumuna cəlb edilib, 59 faizi isə rüsumdan azad olunub. Belə ki, idxal rüsumundan azad olunan malların dəyəri 6 milyard 331 milyon 856 min ABŞ dolları, rüsuma cəlb olunanların dəyəri isə 4 milyard 398 milyon 864 min dollar təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda idxal əməliyyatlarının dəyəri 10 milyard 730,7 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.