REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Cəlilabadda vətəndaşları qəbul edib
AZƏRTAC xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 18-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Cəlilabad şəhərində Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edib.
Xidmətin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verilib.
Vətəndaşların müraciətləri əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətə qəbul məsələlərində köməklik göstərilməsi və digər problemlərlə bağlı olub.
Gün ərzində qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Qəbul zamanı Xidmətin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.