Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Səfəvi hökmdarı I Şah Abbasın dövründə inşa olunan tarixi-mədəni irsimizin yadigarı – Qazançı körpüsü

Naxçıvan, 6 dekabr, Rauf Kəngərli, AZƏRTAC

Orta əsrlərdə əhaliyə və ərazidən keçən ticarət karvanlarına xidmət etmək məqsədilə Naxçıvanda bir çox körpülər salınıb. Onlardan bir hissəsi bu günədək salamat qalsa da, dağılmış vəziyyətdə olanlar da var. Bu gün tarixi abidələrə göstərilən yüksək dövlət qayğısı nəticəsində aparılan təmir-bərpa işləri onlardan da yan keçmir, bərpa olunaraq yenidən həyata qaytarılır. Belə körpülərdən biri də muxtar respublikanın böyük çaylarından olan Əlincəçay üzərində orta əsrlər zamanı Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində inşa edilmiş biraşırımlı körpüdür.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib.

Fəxrəddin Səfərli qeyd edib ki, qədim Naxçıvan Böyük İpək Yolunun və onun qollarının keçdiyi əsas ərazilərdən biri olub. Orta əsrlər zamanı bu yol, əsasən, Ordubad ərazisindən başlayaraq Araz boyu qərbə doğru uzanaraq Sədərəyə qədər gedib, oradan Türkiyə ərazisinə daxil olub. Həmin yoldan istifadə edən ticarət karvanları, həm də əks-istiqamətə – Şərqə doğru gediblər. Həmçinin çayboyu gedib-gələn karvanlar müəyyən yerlərdə Araz çayını keçərək cənuba, eyni zamanda, şimala doğru da hərəkət ediblər. Həmin dövrdə çaylar üzərində inşa edilən körpülər karvanların, o cümlədən yerli əhalinin gediş-gəlişini xeyli asanlaşdırıb. Qazançı körpüsü də bu məqsədlə tikilib.

AMEA-nın müxbir üzvü bildirib ki, körpü Qazançı kəndindən keçən, qərbə və şərqə hərəkət edən, Ordubad ərazisində Böyük İpək Yolunun əsas marşrutlarına birləşən ticarət karvanlarına və əhaliyə xidmət göstərib. Şərq memarlığı üslubunda inşa edilən və Azərbaycan ərazisində zəmanəmizədək müəyyən qədər salamat vəziyyətdə gəlib çatan biraşırımlı körpülərin möhtəşəm nümunələrindən olan bu abidənin üzərində epiqrafik sənəd – kitabə olmadığı üçün onun inşa tarixi haqqında dəqiq elmi fikir söyləmək mümkün deyil. Ancaq tikinti texnikasına və memarlıq-konstruktiv quruluşuna əsasən körpünü XVII əsrin əvvəllərinə, Səfəvi hökmdarı I Şah Abbasın dövrünə (1587-1629-cu illər) aid etmək olar.

“Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir. Yerli əhali arasında “Qozbel körpü” adı ilə tanınan bu körpü zəmanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatıb. Nəqliyyat üçün yararsız olsa da, müşahidələrimizə əsasən deyə bilərik ki, çayda suyun çox olduğu vaxtlarda həmin ərazidə hərəkət edən insanlar və heyvan sürüləri bir sahildən o biri sahilə keçmək üçün körpüdən yararlanırlar. Körpü az yonulmuş çapma daşlardan inşa olunmuş, tağların haşiyəsi və arxivoltu (körpünün tağını çərçivəyə alan çıxıntılı haşiyə) təmiz yonulmuş qumdaşı ilə işlənib. Buna görə də tağın kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır”, – deyən AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru bildirib ki, körpü Azərbaycanın “qozbel” körpülər tipinə aiddir. Körpünün dayaqları çayın sahillərində təbii özüllər – iri qayalar üzərindədir. Çay yataqlarındakı qayalar davamlı təbii özüllər olduğundan körpülər inşa edilərkən onların konstruktiv sistemi bu möhkəm dayaqlar arasında qurulan tağbənd aşırımlardan yaradılırdı. Qaya özüllər həm də körpünü olduğu yerə, təbii landşafta birbaşa bağlayırdı. Bu zaman körpünün orta üfüqi hissəsi, bir qayda olaraq, pandus (tikintilərdə pilləkən əvəzinə istifadə edilən maili müstəvi) şəklində sahilə enirdi. Bu forma azaşırımlı körpülərə “qozbel” biçimi verirdi. Belə biçim təbiətə bağlılıq, tikinti materiallarına qənaət baxımından əlverişli olmaqla, körpünü aramsız sellərə qarşı daha dayanıqlı edirdi. Xalqımızın keçmiş körpüsalma ənənələrini və təcrübəsini parlaq əks etdirən Qazançı körpüsü də bu tələblərə uyğun inşa edildiyindən elmi ədəbiyyatda və xalq arasında “Qozbel körpü” kimi dəyərləndirilir.

Fəxrəddin Səfərəli deyib: “Körpü zaman keçdikcə təbii qüvvələrin təsirindən, xüsusilə keçən yüzilliklərdə baxımsızlıqdan aşınmalara məruz qalıb, bəzi yerləri uçub dağılıb. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığı ilə 2018-ci ilin iyul ayından körpüdə bərpa işlərinə başlanılıb. Ötən müddət ərzində burada bir sıra işlər görülüb, ilk növbədə, Naxçıvan-Ərəfsə yolundan körpünün yerləşdiyi əraziyə asfalt yol çəkilib. Yeni çəkilən yolun kənarlarında sürüşmənin qarşısını almaq, güclü sel sularının yaranması zamanı körpünün təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər həyata keçirilib. Körpünün ətrafında 120 metr sahilbərkitmə işləri aparılıb. Dəmir-betondan 50 metr uzunluğunda istinad divarı salınıb və onun üzəri dağ daşları ilə üzlənilib”.

Həmsöhbətimiz qeyd edib ki, tikintisində müxtəlif həcmli çay və dağ daşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilən biraşırımlı körpünün bərpası zamanı yükdaşıyan hissəsinin aşınmış daşları dəyişdirilərək yenisi ilə əvəz olunub, daşların arası tamamilə təmizlənərək əhəng məhlulu ilə yenidən bərkidilib. Körpünün şimal tərəfdən yol ilə birləşən hissəsi orijinallığı saxlanılmaqla bərpa edilib. Nəticədə, körpünün uzunluğu ilkin şəklinə, yəni 50 metrə çatdırılıb. Bütün bu işlərin yerinə yetirilməsində yerli dağ daşlarından istifadə olunub. Ümumiyyətlə, Qazançı kəndinin cənub tərəfində yerləşən və kəndin adı ilə “Qazançı körpüsü” adlandırılan bu memarlıq abidəsi orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunub, onun əvvəlki görkəmi özünə qaytarılıb.

Körpüdə aparılan bərpa işlərinin bu ilin noyabr ayında başa çatdırıldığını qeyd edən AMEA-nın müxbir üzvü deyib ki, həmin ayın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib, körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Tanışlıq zamanı Ali Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyən edilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanılması və monoqrafiya şəklində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar verib.

Beləliklə, muxtar respublika ərazisində zəmanəmizədək gəlib çatan daha bir tarixi abidəyə – Qazançı körpüsünə yeni həyat verilib, körpünün orta əsrlər zamanı və sonrakı dövrlərdə Qazançı kəndinin və ətraf yaşayış məskənlərinin əhalisinin həyatında oynadığı rol özünə qaytarılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi