Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Səfəvilər dövlətinə qarşı qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ifşa olunmasına həsr edilmiş qiymətli monoqrafiya YENİLƏNİB

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dekabrın 11-də muzey kollektivi və respublika elmi ictimaiyyətinin aparıcı təmsilçilərinin iştirakı ilə keçirilən elmi sessiya akademik Ramiz Mehdiyevin bu günlərdə işıq üzü görmüş “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dörddəbiri” monoqrafiyasının geniş müzakirəsinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin direktoru, akademik Rafael Hüseynov əvvəlcə akademik Ramiz Mehdiyevin son illərdə Şah İsmayıl Xətai və Səfəvilər dövləti ilə əlaqədar apardığı araşdırmalar və bunun elmi həyatımızdakı mühüm əhəmiyyətindən bəhs edərək deyib: “Azərbaycan tarix elmi və mədəniyyətşünaslığında Şah İsmayıl Xətainin şəxsiyyəti və fəaliyyəti, onun qurucusu olduğu Səfəvilər dövlətinin keçdiyi yol barədə çoxlu məqalələr, kitablar yazılıb, dissertasiyalar müdafiə edilib, yeni tədqiqatlar da aparılmaqdadır. Lakin akademik Ramiz Mehdiyevin son bir neçə il ərzində yazıb nəşr etdirdiyi “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”, “Şah İsmayıl Səfəvi: Hökmdarın və döyüşçünün portreti”, “Şah İsmayıl Səfəvi: Tarixi, diplomatik sənədlər toplusu” əsərləri həm Xətaişünaslıqda, həm Səfəvi dövlətinin tarixini daha dərindən öyrənmək istiqamətində yeni bir mərhələnin başlanmasına təkan verib. Akademik Ramiz Mehdiyevin araşdırmalarını səciyyələndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, bu əsərlərin hamısında sətirlərin ardında yalnız mötəbər bir alim görünmür. Şəxsiyyətində həm görkəmli dövlət xadimini, həm də yüksək təcrübəyə və əhatəli biliklərə malik mükəmməl alim məziyyətlərini birləşdirən akademik Ramiz Mehdiyev seçdiyi istənilən problemə də elə bu görüm bucağından yanaşır. İctimaiyyətə təqdim etdiyi əsərlərin hər birində o, həm alim, həm ictimai xadim, həm dövlət adamıdır. Qələmə aldığı əsərlərin hər birində o, keçmişi, tarixin dünənində baş vermiş hadisələri araşdırsa da, həmin tədqiqatların nəticələrinin bu gün üçün hansı istiqamətlərdə gərəkli və əhəmiyyətli olacağını da unutmur, bəlkə də bunun daha da vacib olmasını vurğulayır. Yenicə elmi dövriyyəyə daxil olan “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” əsəri bu baxımdan akademikin illərdən bəri apardığı sistemli fəaliyyətin uğurlu davamı, alimin Səfəvilər dövlətinin tarixi və dövlətimizin müasir təhlükəsizliyi mövzusunu araşdırmaq sahəsində ciddi nailiyyəti hesab edilməlidir”.

“Şərq-Qərb” nəşriyyatında buraxılmış, 10 çap vərəqi həcmində olan, müxtəlif xarici dillərdəki bir çox məxəzlər və tarixi araşdırmalara istinadlarla yazılmış, problemin qoyuluşu və həlli nöqteyi-nəzərindən tam yeni və orijinal olan bu monoqrafiya ilə bağlı ümumi məlumatları sessiya iştirakçılarının diqqətinə çatdırdıqdan sonra akademik Rafael Hüseynov əsərlə bağlı mülahizələrini əks etdirən “Səfəvilər dövlətinin açılmamış səhifələri və erməniçiliyin köhnə fitnəkarlıqları” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin bütün məsələlərinə və mərhələlərinə keyfiyyətcə yeni yanaşma tələb olunmasını bu əsəri ilə bir daha sübut edir. “Yaddaşsız, tarixin dərk olunmasına əsaslanmayan toplum həm bu günündən, həm də gələcəyindən məhrumdur” yazan akademik R.Mehdiyev yeni monoqrafiyası ilə tarixi hafizənin elə qatlarını açır ki, bu barədə elmimiz indiyədək səthi məlumata malik olub. Akademikin tarix elmimizdə hələ də mövcud arzuolunmaz hallara tənqidi münasibəti, ictimaiyyətə ünvanladığı proqram səciyyəli baxışlardan ibarət bu yeni monoqrafiyası Azərbaycan alimlərini səfərbər olmağa, xalqımızın ümdə tələblərinə cavab verən tarix əsərləri yazmağa və nəşr etdirməyə səsləyir.

Elmi sessiyadakı müzakirələrdə bir sıra tanınmış elm adamları və mütəxəssislər düşüncələrini bölüşüblər.

Tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyev əvvəlcə müstəqillik illərində Azərbaycan Respublikasında tarix elminin inkişafında akademik Ramiz Mehdiyevin rolunu ayrıca qeyd edib. Bildirilib ki, bu əsər Vətən tarix elmində fenomenal hadisə kimi dəyərləndirilə bilər. Ramiz Mehdiyev aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən tarixçidir desək, yanılmarıq. Onun bu əsəri Azərbaycan tarix elmində qriqorian kilsəsinin XVII əsr-XVIII əsrin birinci rübündə Səfəvi dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ilk dəfə ətraflı araşdırılması və işıqlandırılması faktı kimi olduqca əhəmiyyətlidir. Dörd fəsildən ibarət monoqrafiyada guya “Səfəvi şahlarının ermənilər qarşısında daim qorxu, xof duyğusu keçirmələri” haqqında erməni uydurmalarına əsaslı tənqidi münasibət bildirilir, “köhnə peşəsinə” – casusluğa sadiq qalan ermənilərin Səfəvi İmperiyası ərazisində Qərb dövlətlərinin xeyrinə casusluq fəaliyyəti araşdırılır, Səfəvi hökmdarlarının Vatikan emissarlarına və onların erməni yardımçılarına qarşı mübarizəsindən bəhs olunur, Səfəvi dövlətinin tənəzzülü və Moskva dövlətinin (Rusiyanın) yüksəlişi dövründə qriqorian kilsəsinin İslam türk dünyasına qarşı avantürist və dağıdıcı fəaliyyəti tədqiq edilir, ermənilərin yeni xəyanətlər yoluna üz tutduqları göstərilir.

Akademik bizə onu da xatırladır ki, erməni etnosunun xəyanətkarlığa, avantürizmə meyilli olması ermənilərin əsrlər boyu səpələnmiş halda məskunlaşmağa meyillənmələri onların etnogenezi ilə bağlıdır, ermənilərin xarakterinin mühüm cəhətidir, tarixi faktlar isə bizdən daim ayıq-sayıq olmağı, ermənilərlə ünsiyyət zamanı onların xəyanətkar olduğunu bir an belə yaddan çıxarmamağı tələb edir.

Akademik Ramiz Mehdiyev düzgün olaraq irad tutur ki, elmi ictimaiyyət nümayəndələri, şərqşünaslar, tarixçilər Heydər Əliyev Fondunun fəal yardımı ilə Vatikan arxivindən Azərbaycan Respublikasına gətirilmiş qriqorian kilsəsinin casusluq fəaliyyətini və avantürist əməllərini əks etdirən zəngin tarix materiallarını indiyədək, qismən də olsa, işləyib hazırlaya və cəmiyyətə təqdim edə bilməyib.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, professor Şəfəq Əlibəyli çıxışında daha çox monoqrafiyada əksini tapmış vacib bir mövzu üzərində dayanıb. Qeyd edib ki, ermənilər Vatikan və bir sıra Qərb dövlətlərindən ötrü Səfəvilər dövləti əleyhinə kəşfiyyat məlumatları toplamaq, casusluq fəaliyyətlərini həyata keçirmək istiqamətində əsas qüvvə olublar. Məruzəçi, akademik R.Mehdiyevin qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasətinin köklərinin uzaq keçmişə gedib çıxdığı və bunun Azərbaycanla Türkiyə torpaqlarında “böyük Ermənistan” yaratmaq arzusu ilə bağlı olduğu qənaətinə şərik çıxdığını söyləyib. Xatırladıb ki, Romadan daimi maliyyə yardımı almaq erməni dini qurumunun da əsas məqsədinə çevrilmişdi. Vatikan üçün aydın idi ki, Eçmiədzin başda olmaqla, ermənilər istənilən səviyyədə casusluq fəaliyyəti göstərməyə hazırdır. Monoqrafiyada danılmaz sübutlar və dəlillər əsasında Səfəvilər dönəmində katolikliyi qəbul edən bəzi erməni din xadimlərinin ikiüzlü olması, maddi maraq xətrinə katolikliyi yalandan qəbul edib, qriqorianlığa xidmət göstərmələri ifşa edilir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli Ramiz Mehdiyevin yeni kitabının məziyyətlərindən söz açarkən ilk növbədə belə bir cəhət üzərində dayandı ki, əsər boyu erməni tarixçilərinin həqiqətləri tərsinə çevirən, ağa qara deyən, yalanlar və uydurmalardan ibarət mülahizələri təhlil edilir, saxtakarlıqların anatomiyası açıqlanır: “Hörmətli akademik Ramiz Mehdiyev erməni tarixçilərinin qələmə aldıqlarının heç bir elmi, dini əsası olmadığını və tarixi həqiqətlərə söykənmədiyini xüsusi vurğulayaraq yazır ki, “hansı erməni dövlətinin qaytarılmasından və onun uğrunda mübarizə aparmaqdan söhbət gedə bilər ki, 1441-ci ildə erməni kilsəsi öz taxt-tacını Qafqaza köçürmək üçün məhz Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şahdan (1436-1467) icazə almaq məcburiyyətində idi. Hətta erməni orta əsr salnaməçisi Arakel Davrijetsinin yazılarından anlaşılır ki, erməni ruhanilərinin başçısı patriarx Zəkəriyyənin Cahan şahla görüşü zamanı hökmdar lütfkarlıq göstərərək qriqorian kilsəsinə İrəvan yaxınlığında yerləşən Eçmiədzində torpaq sahəsi ayırıb”.

Məruzəçi müasir erməni tarixçilərinin bir çox yazılarını elə erməni mənbələri vasitəsilə ifşa etməsini akademik R.Mehdiyevin bu əsərindəki ən cəlbedici və elmi baxımdan faydalı əlamət kimi dəyərləndirib.

Tarix elmləri doktoru, professor Kamil İbrahimov akademik R.Mehdiyevin bu kitabını Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin yerli-yataqlı faş edilməsi yolunda ilk sanballı cəhd adlandırıb. Qeyd edib ki, müəllif özünün yeni kitabı ilə azərbaycanlı tarixçi alimlərə ölkəmizin uzaq və yaxın keçmişinin tədqiqinə necə yanaşmaq lazım olması nümunəsi göstərir. Müəllif tarixi faktlara əsaslanaraq yazır ki, ermənilərin mənfur xisləti, erməni şovinizmi, ekstremizmi və hərbi təcavüzü təkcə Səfəvilər dövlətində deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər davam edib, Azərbaycan ərazisində bu gün də davam edir.

Ermənilərin tarixini araşdırarkən əldə olunmuş faktlar sübut edir ki, satqınlıq, casusluq, bədrəftarlıq, oğurluq, başqa millətdən olan insanları qəbul etməmək erməni xislətində konkret məqsədlərə nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçiləri (Arakel Davrijetsi, Zəkəriyyə Kenakertsi), habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Bu əsərlərdə göstərilir ki, Səfəvi dövlətinin hökmdarları erməni əhaliyə tolerant münasibət bəsləyib, dini etiqad və əmlak münasibətləri məsələlərində onlara tam sərbəstlik verib, onların ticarətlə məşğul olmasına maneçilik törətməyib, uzun müddət Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq inhisarçı tədarükçüləri olmasına imkan veriblər. Akademik R.Mehdiyev yazır: “Bunun müqabilində onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında ödəmək, qanunlara riayət etmək və hakimiyyətin iradəsinə tabe olmaq tələb edilirdi”. Bu isə artıq başqa məsələdir ki, ermənilər bu cür xeyirxah münasibətin müqabilində adətləri üzrə qədirbilməzlik göstərirdilər.

Məruzəçi, akademik R.Mehdiyevin təqdim olunan kitabındakı fikir və problemlər dairəsinin əslində zahirən göründüyündən geniş olmasına diqqət yönəldərək bildirib: “Sırf elmi materialın şərh edilməsi ilə kifayətlənməyən alim respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, göstərir ki, bu elmlər təhlil, obyektiv tənqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Bu mövzu üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması alimin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, tarixi-fəlsəfi faktlarla zəngin olan bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, professor Kamil Allahyarov ermənilərin nə qədər riyakar və saxtakar olmalarını ən azı son 30 il ərzində xalqımıza qarşı törədilən olmazın cinayətlərdən yaxşı bildiyimizi, cinayətkar olduqları halda, özlərini dünyaya əzilən, təcavüzə məruz qalan xalq kimi göstərmələrindən, hər şeyi dünyaya təhrif olunmuş şəkildə təqdim etmələrindən xəbərdar olduğumuzu söyləyib. Natiq əlavə edib ki, akademik Ramiz Mehdiyevin kitabının ilk ibrəti bundan ibarətdir ki, bizə bu erməni xislətinin tarixi köklərini nümayiş etdirir, əslində, bu mərəzin daim onların mahiyyətində yaşadığını aşkarlayır. Ancaq dünya xalqlarının əksəriyyəti həqiqətlərdən xəbərsiz olduqlarına görə ermənilərin uydurduqları yalanlara inanırlar. Belə yalanları yaymaq işində isə ermənilər çox ustalaşıblar. Həm də onların çoxsaylı və güclü diasporları var. Hələ XV əsrdən başlayaraq ermənilər ticarət vasitəsilə Rusiyaya, Avropaya, Hindistana, hətta Çinə qədər yayılıblar. Ona görə də hələlik biz özümüz bu sahədə çox çalışmalı, bu barədə çoxlu kitab və məqalələr yazıb, xarici dillərdə çap etdirməliyik. Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dörddəbiri” adlı kitabı da bu məqsədə xidmət edir.

Elmi sessiyanı yekunlaşdıran akademik Rafael Hüseynov görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dörddəbiri” kitabını zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış və tarixşünaslığımıza və geniş ölçüdə Azərbaycanşünaslığa bir töhfə olan əsər kimi dəyərləndirib. O, akademik R.Mehdiyevlə bu nöqtədə tam şərik olduğunu bildirib ki, bu qəbil mürəkkəb, çoxşaxəli və çətin problemlərin araşdırılması üçün Şərq dillərini, Qərbi Avropa dillərini, habelə erməni dilini mükəmməl bilən mənbəşünasların yetişdirilməsinə və onların elmi potensialından layiqincə istifadə olunmasına ciddi ehtiyac var.

Bu monoqrafiyanın keçmişimizin unudulmuş, az tədqiq edilmiş, qaranlıq səhifələrində nə qədər vacib həqiqətlərin gizləndiyini əyani olaraq ortaya qoyduğunu söyləyən akademik Rafael Hüseynov kitabın tezliklə həm Azərbaycan dilində, həm də xarici dillərdə nəşr edilməsinin zəruri olduğunu söyləyib.

Belə bir inam ifadə edilib ki, akademik Ramiz Mehdiyevin bu əsəri milli tarixçiliyimizdə və cəmiyyətşünaslıqda büsbütün yeni baxışları əks etdirən orijinal bir araşdırma olaraq yeni tədqiqatlar silsiləsinin meydana çıxmasına da etibarlı zəmin yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib