ELM VƏ TƏHSİL


Səfir Cavad Cahangirzadə: İran ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi vacibdir

Tehran, 17 oktyabr AZƏRTAC.

İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, hazırda İran və Azərbaycan universitetləri arasında əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha əhatəli olmalı, tələbə mübadiləsi artmalı və konkret mövzularda elmi simpoziumlar keçirilməlidir.

Səfir diqqətə çatdırıb ki, hər iki ölkənin böyük elmi potensialı var və bundan səmərəli istifadə etmək lazımdır. O qeyd edib ki, elmi əsaslarda yaradılmış şirkətlərin əməkdaşlığı və birgə layihələr üzərində çalışmaları iqtisadi inkişafa da müsbət təsir göstərə bilər.

“Bu gün dünyada yeni texnologiyalar inkişaf edərək həyatın müxtəlif sahələrinə dərindən sirayət edib”, - deyən diplomat bildirib ki, bunu nəzərə alaraq, İran və Azərbaycan alimləri daha yaxından əməkdaşlıq etməlidirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.