REGİONLAR
Səfir Cuniçi Vada: Zaqatala Yaponiya səfirliyi ilə sıx əlaqəsi olan bir rayondur
Zaqatala, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonuna ilk səfərimdir və buna görə çox şadam. Zaqatala Azərbaycanın digər rayonlarının içərisində Yaponiya səfirliyi ilə sıx əlaqədə olan bir rayondur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada Zaqatalanın Zəyəm kəndində su təchizatı layihəsinin icrasının başa çatması münasibətilə keçirilən mərasimdə jurnalistlərə açıqlamasında deyib.
Layihə çərçivəsində görülən işlərdən məmnun qaldığını vurğulayan səfir deyib: “Çox sevinirik ki, bu cür layihələrlə əhalinin yaşayışına töhfə veririk. Ümumiyyətlə, Yaponiya hökuməti belə layihələrin reallaşmasına xüsusi diqqət göstərir. Səfirlik olaraq, gələcəkdə də bu cür layihələrin davam etdirilməsini istəyirik”.