SİYASƏT


Səfir Elin Süleymanov: “The Economist”də dayanıqlı sülhdən yazıb

London, 30 sentyabr, AZƏRTAC

Dünyaca məşhur və Londonda çap olunan “The Economist” jurnalında Ermənistan ilə bağlı dərc olunmuş məqaləni şərh edən Azərbaycan səfiri Elin Süleymanovun redaksiya heyətinə ünvanladığı məktubu işıqlandırılıb. Səfir E.Süleymanov iki ölkə arasında hərtərəfli sülh sazişinin əhəmiyyətinin məqalədə vurğulanmasını alqışlayıb.

AZƏRTAC xəbər verir ki, səfir hazırda region qarşısında duran əsas məsələnin, zorakılıq və qisasçı idealların dairəsində dövr etməyin, yoxsa qarşılıqlı iqtisadi faydalılıq, firavan gələcək əsasında regionu yenidən qurmağın üstün olduğunu sual edib. Bu tarixi fürsətdən yararlanmalı olduğumuzu səfir redaksiya heyətinin və izləyicilərin diqqətinə çatdırıb.

Həmçinin qeyd edilib ki, dəyişkən dünyada regionumuzun ən yaxın tarixinin ən kədərli səhifələrindən birini bağlamaq, beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik kimi fundamental prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında yeni səhifə açmaq hamının marağında olmalıdır.

Azərbaycanın öz mövqeyini tam açıq şəkildə ifadə etdiyini vurğulayan diplomat, bütün qonşularımızla, o cümlədən Ermənistanla əməkdaşlıqda region üçün sabit gələcək qurmağa hazır olduğumuzu bildirib. Çox təəssüf ki, Ermənistan yekun sülh razılaşmasının əldə olunmasına yönəlmiş normallaşma prosesini irəli sürməkdə konstruktiv mövqe nümayiş etdirmir. Davamlı sülh yekun sülh razılaşması ilə əldə edilə bilər, əks halda təhlükəsizlik vəziyyəti qeyri-stabil qalmaqda davam edəcək.

Əlavə olaraq səfir, dəqiq mina xəritələrinin, itkin düşmüş şəxslər haqqında məlumatların, nəqliyyat marşrutlarının açılması kimi münaqişədən sonrakı problemlərin müsbət həllinin davamlı sülhə aparan inamın artmasına kömək edəcəyinə əminliyini ifadə edib.

https://www.economist.com/letters/2022/09/29/letters-to-the-editor

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.