İQTİSADİYYAT
Səfir: Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması biznesin inkişafı üçün çoxsahəli meydan olacaq
Bakı, 24 iyun, AZƏRTAC
Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması hökumətlərimiz, ölkə başçılarımız tərəfindən həyata keçirilən işlərin məntiqi davamıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə müsahibəsində deyib.
“Azərbaycan və Ukraynanın əsas aparıcı qüvvəsi iqtisadi-ticari əlaqələrdir. Hesab edirəm ki, Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması biznesin inkişafı üçün çoxsahəli meydan olacaq. Bugünkü tədbir ölkələrimizin strateji tərəfdaşlığının daha yüksək templə inkişaf etdiyini bir daha göstərir”, - deyə səfir qeyd edib.