SİYASƏT


Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur VİDEO

Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur VİDEO

Bakı, 29 yanvar, AZƏRTAC

Hər hansı ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov yanvarın 29-da jurnalistlərə açıqlamasında söyləyib.

“Biz dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. Buna görə də təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdik. Baş verən hadisə göstərdi ki, İran bu tələblərimizə məsuliyyətsiz yanaşıb”, - deyə xarici işlər nazirinin müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.