CƏMİYYƏT


Şəhid Denis Proninin ailəsi ziyarət edilib

Bakı, 16 noyabr, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə həlak olan şəhid Denis Proninin ailəsini ziyarət ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şəhidin məktəbli qızına onlayn dərslərdə iştirak etmək üçün ehtiyacı olan noutbuk hədiyyə olunub.

Denis Proninin cəbhəyə könüllü yollandığını və Füzuli istiqamətində gedən döyüşlərdə həlak olduğunu bildirən şəhidin ailəsi müzəffər Azərbaycan Ordusunun onun qanını yerdə qoymadığını, qisasını aldığını söyləyib. Ailəsi Denisin daim Qarabağın işğaldan azad olunmasında iştirak etməsini arzuladığını deyib. Yaxınları qürur hissi ilə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi qələbə qazandı, ədalət bərqərar oldu və Denisin ruhu artıq şaddır.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.