CƏMİYYƏT


Şəhid Elnur Məhərrəmovun ailəsi ziyarət olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanların ailələri mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ziyarət olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid Elnur Məhərrəmovun Göyçay rayonu, Şəkər kəndində yaşayan ailəsi ziyarət edilib.

Əməkdaşlar ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirləri mütəmadi həyata keçirilir. Bu kateqoriyadan olan şəxslər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.