MƏDƏNİYYƏT


Şəhid Mühüd Orucovun xatirəsi anılıb

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri şəhid Mühüd Orucovun anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə filologiya üzrə fəlsəfə doktoru, şair, jurnalist Fəridə Ləmanın şəhidin xatirəsinə həsr olunmuş kitabı da təqdim olunub.

Öncə Azərbaycan uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib və ardınca Azərbaycan Respublikasının himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu söyləyib, bu qələbəni Azərbaycan Ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi dəyərləndiriblər.

Natiqlər Azərbaycan Ordusunun Aprel zəfərindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından söz açıblar.

Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu gündən-günə inkişaf edir.

Bildirib ki, Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilib.

Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühüd Orucovun da əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Sonda şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.