ELM VƏ TƏHSİL
Şəhid ailəsinin üzvü olan müəllimlər üçün yerdəyişmə üzrə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
Bakı, 16 may, AZƏRTAC
Mayın 10-14-də keçirilmiş müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin şəhid ailələrinin üzvləri üçün vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.